İdman
Pis starta səbəb yeni sükan idi - Sayns
“Ferrari” komandasının pilotu Karlos Sayns bildirib ki, mübarizəni dayandırdığı üçün özünü günahkar bilir.
Publika.az xəbər verir ki, ispaniyalı sürücü yarışı 9-cu yerdən başlasa da, startda Hard təkərləri seçib. Buna görə də startda 13-cü yerə geriləyib. Daha sonra isə Mik Şumaxerə hücum edərkən yerində fırlanıb və mübarizəni dayandırıb.
Qəzadan sonra müsahibə verən Karlos Sayns bildirib ki, pis starta səbəb yeni sükan olub: “Bu, sürücü səhvidir və özümə tənqidi yanaşmalıyam. Bu təkərləri yeni tanıyırıq və bu həftə Hard təkərlərlə dövrələr vurmaq çətin idi. Limitdə necə sürəcəyimi bilmirdim.
Artıq nəticə çıxardım: Limitdə sürməməliyəm və səbirli olmalıyam. Ancaq komanda olaraq da mükəmməl deyildik. Çox problem yaşadıq. Məsələn, “anti-stall” (motorun dayanmasını əngəlləyən sistem) və sıralanma turundakı problem üzərimizdəki təzyiqi artırdı.
Dünəndən sükan üzərindəki bəzi düymələr işləmirdi. Sükanı yarışın startına az qalmış dəyişdirməli olduq. Buna görə də ikinci sükan yaxşı sazlanmadı və sükan üzərindəki tork xəritəsi səhv idi. Belə olan halda sərt təkərlərlə startda geriyə düşdük və yüksəlmək istəyərkən qəza etdik”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)





















.jpg)
.jpg)
