İdman
Azad Rəhimovun qaynı İŞDƏN ÇIXARILDI - FOTO
Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb.
Publika.az">Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Fərid Qayıbovun əmri ilə onun yerinə Zaur Yaqubov təyinat alıb.
E.Həsənov bundan sonra Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti olacaq.
Qeyd edək ki, E.Həsənov gənclər və idman naziri Azad Rəhimovun qaynıdır. O, bu gün Oxu.az-a müsahibəsində A.Rəhimovun qaynı olması və buna görə işdən çıxarılması ilə bağlı suala belə cavab verib:
“Məni üzrlü sayın, ancaq mən bu suala cavab vermək istəmirəm. Cavab versəm, subyektiv fikir alınar. Kim mənim üzümə gəlib deyə bilər ki, Azad Rəhimovun qohumu idin, ona görə işdən çıxmalısan. Amma indi yeni nazirdir, öz kadrlarını gətirir, bu normaldır. Həmişə necə olubsa, indi də elədir… Ancaq bu obyekt yeganə idman qurğusudur ki, həmişə yaxşı işləyib”.

-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































