İdman
Abramoviç "Çelsi"ni ona SATDI
Rus iş adamı Roman Abramoviçə məxsus Londonun “Çelsi” Futbol Klubu milyarder Todd Boelinin rəhbərlik etdiyi Amerika konsorsiumu tərəfindən alınıb.
Publika.az "Ridus"a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında dərc olunmuş sənəddə deyilir.
Daha əvvəl məlum olub ki, “Çelsi” 5,3 milyard dollar dəyərində nəzarət paketinin satışının şərtlərini razılaşdırsa da, Abramoviç Britaniya hökumətinin təklif etdiyi sövdələşməni qəbul etməkdən imtina edib.
Daha sonra tərəflər fikir ayrılıqlarını aradan qaldıraraq klubun Abramoviçə olan 1,6 milyard funt-sterlinq borcunu razılaşdırıblar.
Abramoviç bu ölkənin vətəndaşı olduğu üçün sövdələşmə təkcə Britaniya hökuməti deyil, həm də Portuqaliya hakimiyyəti tərəfindən bəyənilib.
Britaniyalı milyarder Cim Ratkliff "Çelsi"ni almaq üçün müraciət edib. O, 4 milyard funt sterlinq (təxminən 5 milyard dollar) ödəməyə hazır idi.
Xatırladaq ki, martın 12-də İngiltərə Premyer Liqasının (APL) rusiyalı iş adamı Roman Abramoviçi “Çelsi” futbol klubunu idarə etməkdən uzaqlaşdırdığı məlum olub. Eyni zamanda, fevralın 26-da o, eyniadlı fondunu qəyyumlarının nəzarətinə vermək qərarına gəlib
Abramoviç “Çelsi”ni aldığı 2003-cü ildən bu yana komanda beş dəfə liqa və İngiltərə kubokunu, həmçinin iki dəfə Çempionlar Liqası və Avropa Liqasını qazanıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi



































.jpg)

.jpg)
