İdman
Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.
Publika.az">Publika.az xəbər verir ki, final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. "Qartallar" "köhlən atlar"ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.
Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. "Qarabağ" - "Zirə" cütü bu siyahıda 473-cü olacaq.
Azərbaycan Kuboku
Final
27 may
19:00. "Qarabağ" - "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Ehtiyat köməkçi hakim: Kamran Bayramov
Hakim-inspektor: Frits Ştuxlik
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi hələlik "Keşlə" (indiki "Şamaxı") klubu olub.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































