İdman
Daha bir millimiz Avropa çempionu oldu
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləş üzrə yarışa yekun vurulub.
Publika.az">Publika.az xəbər verir ki, Azərbaycanın güləş tarixində növbəti parlaq nəticə qeydə alınıb. Yeniyetmələrdən ibarət milli komanda həm medalların sayına, həm də toplanan xallara görə rekorda imza atıb.
Qitə birinciliyinə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayevlə Elvin Mürsəliyevin rəhbərliyi altında yollanan 10 idmançıdan 8-i fəxri kürsüyə qalxıb. Fəraim Mustafayevlə (55 kq) Məhəmməd Qasımzadə (60 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olublar. Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıb.
Beləliklə, 2 qızıl, 5 gümüş və 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə U-17 yığması 175 xalla - aşkar üstünlüklə Avropa çempionu olub. Azərbaycan 2-3-cü yerləri bölüşən Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb. Bununla da milli komanda titulunu qoruyub.
Qeyd edək ki, Azərbaycan yığması ötən il Bolqarıstanda keçirilən analoji yarışda 155 xalla Avropa çempionu olub.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi



































.jpg)

.jpg)
