İdman
Əli Əsədov bu nazirliklə bağlı qərar imzaladı
Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Gənclər və İdman Nazirliyi tərəfindən son illərdə bir sıra regionlarda, o cümlədən Bərdə, Lənkəran, Beyləqan, Tərtər, Yardımlı, Saatlı və Goranboy rayonlarında Olimpiya İdman kompleksləri inşa edilmiş və bu idman müəssisələrinin fəaliyyətinin təmin edilməsi üçün müvafiq işlər görülüb.
Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki Stend Atıcılığı üzrə İdman Kompleksinin və Milli İdman Tibb və Reabilitasiya İnstitutunun təşkilati-hüquqi formaları dəyişdirilərək, publik-hüquqi şəxsə çevrilib.
Son illər ölkə ərazisində bir sıra yerli icra hakimiyyətləri tərəfindən Sabunçu, Göyçay, Yevlax, Qazax, Masallı, Qobustan, Göygöl, Beyləqan, Ucar, Şəmkir, Ağstafa və Biləsuvar rayonlarında inşa edilmiş Gənclər evləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin balansına verilib. Onların bazasında Nazirlik tərəfindən “Gənclər evi” sosial xidmət müəssisələri yaradılmış və davamlı fəaliyyətləri təmin edilib.
Qeyd edilənlərin əsasında “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarında müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 iyul tarixli 265 nömrəli Qərarı ilə həmin Siyahıda müvafiq dəyişikliklər edilib.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.png)











.jpg)
.jpg)