İdman
Voleybol üzrə Zəfər Kubokunda finalçılar müəyyənləşib - FOTO
İdman Araşdırmalar Mərkəzinin (İAM), Azərbaycan İdman Jurnalistləri, Azərbaycan Voleybol Federasiyası (AVF) və "Avrora Group"la birgə təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokunda yarmfinal görüşləri keçirilib.
Publika.az xəbər verir ki, "Zəngilan" və "Kəlbəcər" komandaları arasındakı ilk yarımfinal qarşılaşmasından əvvəl fəxri qonaqlar qismində AFV-in baş katibi Fərid Xəlilov və "Murov" voleybol klubunun prezidenti Zaur Musayev çıxış ediblər.
İAM-ın sədri Elşən Məmmədov tədbir iştirakçılarını salamlayıb və komandalara uğurlar arzulayıb.
Fərid Xəlilov bu cür yarışın təşkilində iştirak etmələrindən məmnunluq ifadə edib: "Hər biriniz öz sahənizdə sözünüzü demiş insanlarsınız. Sizə yarımfinal oyununda uğurlar arzulayıram. İnanırıq ki, ənənəvi olaraq keçirilən növbəti yarışlarda komanda sayı daha da artacaq".
Zaur Musayev turnirin əhəmiyyətindən bəhs edib: "Əvvəl işğal olunmuş regionlarla bağlı təəssüf hissi ilə danışırdıq. Bu gün isə Zəngilan, Kəlbəcər və digər torpaqlarımız artıq işğaldan azad edilib. Şəhidlərimizə Allah rəhmət etsin. Qazilərə can sağlığı arzulayıram. Yarışda güclü olan qalib gəlsin".
Ardınca, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra qarşılaşma start götürüb. Gərgin mübarizə şəraitində keçən görüşün ilk setində "Zəngilan" üstün olsa da, "Kəlbəcər" geridönüş etməyi bacarıb.də 2:1 (19:25; 25:17; 15:12) hesabı ilə qalib gələrək adını finala yazdırıb.
"Şuşa" və "Suqovuşan" komandaları arasındakı ikinci yarımfinal oyunundan əvvəl də fəxri qonaqlar ilk matçla bağlı fikirlərini bölüşüblər. Onlar əvvəlki görüşün maraqlı və gərgin mübarizə şəraitində keçdiyini söyləyiblər.
Günün sonuncu qarşılaşmasından əvvəl də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. "Şuşa" komandası "Suqovuşan"ı 2:0 (25:17; 25:15) hesabı ilə məğlub edərək, ikinci finalçı olub.
Beləliklə, iyulun 22-də keçiriləcək final görüşündə "Kəlbəcər" və "Şuşa" komandaları üz-üzə gələcək.
Qeyd edək ki, Zəfər Kubokunun baş sponsoru "Avrora Group", İnformasiya dəstəkçisi "Report" agentliyidir. Turnirin qalibinə Zəfər Kuboku, 800 manat pul mükafatı və diplomlar, finalçı komandaya diplomlar veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu 100 manat pul mükafatı alacaq.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































