İdman
Məşhur futbolçunu döyüb qaçdılar, arvadını isə... - FOTO
Qabon millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanqın evi naməlum oğrular tərəfindən qarət edilib.
Publika.az xəbər verir ki, bu barədə İspaniya polisindəki mənbələrə istinadən "El Pais" qəzeti məlumat yayıb.
Hadisənin futbolçunun evində baş verdiyi qeyd edilir. Ən azı 4 nəfər Obameyanqın evinin bağçasına soxulub. Daha sonra 33 yaşlı futbolçunu döyüblər. Bundan başqa, oğrular futbolçunu və onun həyat yoldaşını odlu silahla hədələyiblər.
“Barselona”nın futbolçusunun evinə soxulan oğrular seyfi sındıraraq, qiymətli zinət əşyalarını götürüblər. Sonra onlar maşına minərək qaçıblar. Hazırda polis oğruları axtarır.
Məlumat üçün bildirək ki, 33 yaşlı futbolçu 2022-ci ilin qışında azad agent kimi “Arsenal”dan “Barselona”ya keçib. Obameyanq Kataloniya klubunda 24 oyuna çıxıb, 13 qol vurub və 1 məhsuldar ötürmə edib.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı









.webp)


























