İdman
AFFA mükafat veriləcəyini təsdiqlədi: “Məbləği açıqlayacam”
Sentyabrın 9-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan Bolqarıstanla qarşılaşacaq.
AFFA bu oyundakı qələbəyə görə, fantastik məbləğdə mükafat vəd ayırdığı barədə məlumat vermişdik. Azərbaycan Bolqarıstana qalib gələcəyi təqdirdə, futbolçuların hər biri 80 min manat (100 min dollar) mükafata sahib çıxacaq. Əvvəlcə mükafatın məbləği aşağı olub - 40 min manat.
Ancaq futbolçular bundan narazı qalıblar. Qurumun baş katibi futbvolçuların narazılığı ilə bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevi məlumatlandırıb. Bundan sonra AFFA rəhbərliyi futbolçularla görüşmək qərarına gəlib və sentyabrın 6-da keçirilən görüşdə mükafatın məbləği iki dəfə artırılıb.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu redaksiyamızla əlaqə saxlayaraq Publika.az-da gedən məlumata münasibət bildirdi. Qurum rəsmisi futbolçulara mükafat vəd edildiyini təsdiqləsə də, məbləğin deyiləndən az olduğunu bildirdi:
“Doğrudur, millimizin Bolqarıstanla oyunda qalib gələcəyi təqdirdə, futbolçulara mükafat veriləcək. Ancaq bu mükafat 80 min deyil. Mətbuatda göstərilən məbləğdən aşağıdır. Mükafat verilən zaman məbləği açıqlayacam”.
Aygün İlqarqızı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq