İdman
Məşhur futbolçu cinsi təcavüz ittihamı ilə HƏBS OLUNDU - FOTO/YENİLƏNDİ
İspaniya məhkəməsi Barselonanın gecə klubunda qadına qarşı cinsi təcavüz ittihamı ilə braziliyalı futbolçu Dani Alvesin həbsinə qərar verib.
Publika.az “Reuters”ə istinadla xəbər verir ki, ittiham aktını rədd edən 39 yaşlı futbolçu Barselona yaxınlığındakı “Brians 1” həbsxanasına aparılıb.
Cümə günü yerli polis Alvesi saxlayıb sorğu-sual etdikdən sonra o, hakim qarşısına çıxıb. Dövlət ittihamçısı onun mühakimə olunana qədər zaminə buraxılmadan həbs edilməsini istəyib.
Kataloniya Məhkəməsinin məlumatında deyilir ki, cinsi təcavüzə məruz qaldığını iddia edən qadın bu ayın əvvəlində şikayət edib və iş açıq qalır.
Alves bir müddət öncə “Antena 3” TV-yə Barselona klubunda insanlarla birlikdə olduğunu bildirsə də, cinsi təcavüz faktını rədd edib.
xxx
19:52
Barselona və Braziliya millisinin əfsanəvi üzvü Dani Alveş Barselonadakı "Sutton" gecə klubunda gənc qadına cinsi təcavüzdə şübhəli bilinərək həbs olunacaq.
Publika.az "Antena 3"ı istinadla xəbər verir ki, məşhur futbolçunun həbsi cümə günü, yanvarın 20-də baş tuta bilər.
Alveşin vəkillərinə futbolçunun yanvarın 20-də məhkəməyə gəlməsi tələb olunduğu barədə məlumat verilib.
İdmançıya qarşı hər hansı həbs-qətimkan tədbirinin tətbiqinin zəruri olub-olmadığına məhkəmədə prokuror qərar verəcək. Hazırda yalnız polis braziliyalının həbsini tələb edir.
Həyat yoldaşının ərini müdafiə edərək danışdığı qeyd edilir. O, müxtəlif qızların Alveşlə daim flört etdiyini bildirib. Onun fikrincə, Alveş belə davranışa heç vaxt icazə verməzdi.
Kataloniya Ali Məhkəməsi də braziliyalı müdafiəçiyə qarşı cinsi zorakılıq ittihamı ilə istintaqa başlandığını təsdiqləyib.
İddia ilə polisə müraciət edən qadın Barselonada istirahətdə olan 39 yaşlı idmançını əlini alt paltarının altına salmaqda ittiham edib. Hadisə dekabrın 30-da baş verib.
Yanvarın 2-də rəsmi olaraq polisə şikayət edilib. Futbolçu və onun ətrafındakılar ittihamları rədd edir.
Xatırladaq ki, Dani Alveş 2022-ci ildən müqavilə bağladığı Meksikanın Pumas klubunun futbolçusudur.
Hüseyn İbadlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































