İdman
"Qəbələ" autsayderə qalib gəldi - YENİLƏNDİ
Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, 4 gün öncə ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçında üz-üzə gələn "Qəbələ" və "Səbail" komandalar bu dəfə çempionat görüşündə qarşılaşıblar. "Qırmızı-qaralar" doğma meydanda rəqibinə 4:2 hesabı ilə qalib gəlib.
Matçda ilk qolu meydan sahibləri vurublar. 32-ci dəqiqədə Ramon Maçado komandasını önə çıxarıb. 37-ci dəqiqədə "Qəbələ" yenidən rəqibini meydanın mərkəzinə dəvət edib. Bu dəfə Petro Stasyuk avtoqol müəllifi olub. 49-cu dəqiqədə Əyyub Allaş 3-cü topu "dənizçilər"in qapısından keçirib. 69-cu dəqiqədə "Səbail"in yarımmüdafiəçisi Ruslan Hacıyev buraxılan qollardan birinin əvəzini çıxıb. Mirabdulla Abbasov 84-cü dəqiqədə fərqi minimuma endirib. Görüşdə son nöqtəni isə 90+4-cü dəqiqədə Maçado qoyub.
Bu qələbə ilə xallarını 48-ə çatdıran "Qəbələ" 4-cü pillədəki mövqeyini gücləndirib. 22 xalı olan "Səbail" isə sonuncu - 10-cu sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" isə evdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. Tura mayın 2-də keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.
X X X
Azərbaycan Premyer Liqasının XXXII turunda üz-üzə gələcək “Qəbələ” və “Səbail” start heyətlərini açıqlayıblar.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Qəbələ”: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Urfan Abbasov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq.
-
Avropa16:35"Diplomatlarımız İrandan Azərbaycana təxliyə olunacaqlar" - Serbiya Prezidenti
-
MDB16:00Putin Xameneinin öldürülməsinə belə reaksiya verdi
-
Region15:23Ayətullah Məkarim Şirazi cihad elan etdi
-
Nida Xəbər 15:17İrandan Azərbaycana BƏƏ-nin 6 diplomatik nümayəndəsi təxliyə olundu
-
Yaxın Şərq15:10"Bu tarixi cinayətə sərt cavab veriləcək!" - Pezeşkian
-
Yaxın Şərq14:55ABŞ və İsrail İrana niyə gündüz hücum edib? - Bütün plan Xameneiyə görə dəyişib
-
Nida Xəbər 14:41Ceyhun Bayramov Əraqçiyə Xameneinin və mülki insanların ölümü ilə bağlı başsağlığı verdi
-
ABŞ14:21Görün İlon Mask Xameneinin ölümünə necə reaksiya verdi































.jpg)
.jpg)




