İdman
Azərbaycanın iki boksçusu bürünc medalı təmin etdi - YENİLƏNDİ
Azərbaycanın daha bir boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Publika.az xəbər verir ki, 91 kq-dan yuxarı çəkidə mübarizə aparan Məhəmməd Abdullayev gürcüstanlı Nikoloz Beqadze ilə üz-üzə gəlib.
Rəqibi üzərində 5:0 hesablı qələbə qazanan milli komandanın üzvü adını yarımfinala yazdıraraq ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, 1/2 final döyüşləri mayın 12-də olacaq.
X X X
20:43
Azərbaycan boksçusu Alfonso Dominges Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Publika.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda yerli idmançı Şoxcahon Abdullayevlə qarşılaşıb.
Rəqibinə 5:0 hesabı ilə qalib gələn Dominges yarımfinala adlamaqla ən azı bürünc medalı təmin edib.
Bu gün həmçinin 91 kq-dan yuxarı çəkidə mübarizə aparan Məhəmməd Abdullayev də 1/4 final görüşündə qüvvəsini sınayacaq. Onun rəqibi gürcüstanlı Nikoloz Beqadze olacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan boksçularından Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (92 kq) mundialı medalsız başa vurub.
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”































