İdman
"Mançester Siti" "Real Madrid"i darmadağın edərək finala çıxdı - VİDEO
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Publika.az xəbər verir ki, bununla da ikinci finalçının adına aydınlıq gəlib.
Yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşıb. "Etihad" stadionundakı görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 4:0.
Hesabı 23-cü dəqiqədə Bernardu Silva açıb. Portuqaliyalı yarımmüdafiəçi 37-ci özünün və "şəhərlilər"in 2-ci qolunu vurub. 76-cı dəqiqədə qonaqlardan Eder Militao avtoqol müəllifi olub. Oyunda son nöqtəni isə Xulian Alvares qoyub. Argentinalı hücumçu əsas vaxta əlavə olunmuş ilk dəqiqədə komandasının böyükhesablı qələbəsini rəsmiləşdirib.
Tarixində ikinci dəfə finala yüksələn "Mançester Siti" həlledici oyunda İtaliya "İnter"i ilə qarşılaşacaq. Görüş iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
17 may
23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 4:0
Qollar: Bernardu Silva, 23; 37. Eder Militao, 76 (avtoqol). Xulian Alvares, 90+1
Baş hakim: Şimon Marçinyak (Polşa)
Mançester, "Etihad" stadionu
İlk oyun - 1:1.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı














.jpg)




















