İdman
Möcüzə baş verdi... - VİDEO
İngiltərə 1-ci liqasında (statusuna görə Premyer Liqa və Çempionşipdən sonra üçüncü liqa sayılır) pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Publika.az xəbər verir ki, “Şeffild Yunayted" Aleks Ferqyusonun oğlu Darren Ferqyusonun baş məşqçisi olduğu “Piterboro”nu qəbul edib. “Şeffild” ilk matçda 0:4 hesabı ilə uduzduğundan, finala yüksəlməsi möcüzə kimi görünürdü. Amma onlar, necə deyərlər, möcüzəni gerçəkləşdirə biliblər.
90 dəqiqədə “Şeffild” rəqib qapısından 4 cavabsız qol keçirib və matçı əlavə vaxtı aparıb. Yeri gəlmişkən, onlar 4-cü qolu 90+8-ci dəqiqədə vurub.
Əlavə vaxtda - 105-ci dəqiqədə meydan sahibləri daha bir qol vurublar. Bu dəfə isə öz qapılarına. “Şeffild”ə ümumi hesabı bərabərləşdirmək üçün daha bir qol lazım olub ki, onlar 108-ci dəqiqədə bunu da həyata keçiriblər - 5:1.
Yekunda qalib penaltilər seriyasında müəyyən olunub. Burada da uğurlu olan (5:3) “Şeffild” finala vəsiqə qazanıb. Bundan sonra fanatlar meydana daxil olaraq qələbəni bayram ediblər.
Finalın qalibi yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın
-
Magazin209:42Baş məşqçinin həyat yoldaşının bu hərəkəti sosial şəbəkələri qarışdırdı - VİDEO
-
Dünya08:36Məşhur aktyor maşını ilə 20 yaşlı qızı vurub qaçdı - 10 ilədək həbs gözləyir





































