İdman
Avroliqanın qalibi bu komanda oldu - YENİLƏNDİ
UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.
Publika.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən final oyununda İtaliya "Roma"sına qalib gələn İspaniya "Sevilya"sı tarixində 7-ci dəfə titula sahib çıxıb.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 35-ci dəqiqədə "canavarlar" vurublar. Paulo Dibala fərqlənib. 55-ci dəqiqədə La Liqa təmsilçisi tarazlığı bərpa edib. "Roma"nın heyətində Canluka Mançini avtoqol müəllifi olub. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyi üçün penaltilər seriyasından istifadə olunub. 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:1) yerinə yetirən ispaniyalılar turnirin qalibi olublar.
"Sevilya" bu qələbə sayəsində 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.
UEFA Avropa Liqası
Final
31 may
23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) - 1:1 (PENALTİLƏR SERİYASINDA - 4:1)
Qollar: Canluka Mançini, 55 (avtoqol) - Paulo Dibala, 35
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”
Qeyd edək ki, Əndəlusiya təmsilçisi daha əvvəl 2005/2006, 2006/2007, 2013/2014, 2014/2015, 2015/2016 və 2019/2020 mövsümündə Avropa Liqasında qələbə sevinci yaşayıb.
X X X
Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final matçında qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunacaq.
Publika.az-ın məlumatına görə, buna səbəb 90 dəqiqədə qeydə alınan 1:1 hesablı tarazlığın əlavə vaxtda pozulmamasıdır.
X X X
Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final matçında əlavə vaxtın 2-ci hissəsi başlayıb.
Publika.az-ın məlumatına görə, qarşılaşmada hesab bərabərdir - 1:1.
X X X
Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final matçında əlavə vaxtın ilk hissəsi başlayıb.
Publika.az-ın məlumatına görə, oyunun əsas vaxtından sonra hesab bərabərdir - 1:1.
X X X
Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final matçında əlavə vaxt oynanılacaq.
Publika.az-ın məlumatına görə, görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatdığından komandalar meydanda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.
X X X
Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final oyununda ikinci qol vurulub.
Publika.az-ın məlumatına görə, La Liqa təmsilçisi 55-ci dəqiqədə hesabı bərabərləşdirib. "Canavarlar"ın heyətində Canluka Mançini avtoqol müəllifi olub.
X X X
Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final oyununda ikinci hissə başlayıb.
Publika.az-ın məlumatına görə, ilk yarıdan sonra Joze Mourinyonun baş məşqçi olduğu kollektiv hesabda öndədir - 1:0.
X X X
Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, "canavarlar" fasiləyə minimal hesablı üstünlüklə yollanıblar. Yeganə qolu 35-ci dəqiqədə Paulo Dibala vurub.
X X X
Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final oyununda hesab açılıb.
Publika.az-ın məlumatına görə, 35-ci dəqiqədə Paulo Dibala "canavarlar"ı önə keçirib.
X X X
Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında UEFA Avropa Liqasının final oyunu başlayıb.
Publika.az-ın məlumatına görə, "Puşkaş Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.
X X X
Bu gün Avropa Liqasının final oyununda üz-üzə gələcək İspaniya "Sevilya"sı və İtaliya "Roma"sının start heyətləri açıqlanıb.
Publika.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Sevilya": 13. Yassin Bunu, 3. Alek Telleş, 6. Nemanya Qudel, 10. İvan Rakitiç, 15. Yussef En-Nesiri, 16. Xesus Navas, 20. Fernando, 21. Oliver Torres. 25. Brayan Gil, 44. Loik Bade, 55. Lukas Okampos
Baş məşqçi: Xose Luis Mendilibar
"Roma": 1 Ruy Patrisiu, 3. İbanyes, 4. Brayan Kristante, 6. Kris Smollinq, 7. Lorentso Pelleqrini, 8. Nemanya Matiç, 9. Teddi Abraham, 19. Zeki Çelik, 21. Paulo Dibala, 23. Canluka Mançini, 37 Leonardo Spinatsola
Baş məşqçi: Joze Mourinyo
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO