Zidan göz yaşlarına boğuldu: Valideynlərim bu acını yaşayıblar - VİDEO
Bizi izləyin

İdman

Zidan göz yaşlarına boğuldu: Valideynlərim bu acını yaşayıblar - VİDEO

Futbol dünyasının əfsanəvi adlarından biri olan Zinəddin Zidan möhtəşəm addım atıb.

Publika.az xəbər verir ki, o, xərçəng xəstəliyinin son mərhələsində olan uşaqlara dəstək olmaq üçün keçirilən layihələrindən birinə himayədar təyin olunub.

Onun əsas vəzifəsi bu xəstəlikdən əziyyət çəkən uşaqlar üçün hospisin tikilməsidir. Layihə valideynlərin uşaqları ilə "son xoşbəxt günlərini" keçirmələrini və itkidən sonra mənəvi cəhətdən sağalmalarını təmin etmək məqsədi daşıyır. Madrid əfsanəsi bu layihənin siması olmaqla yanaşı, həm də əsas sponsorlarından biridir.

Tədbir zamanı çıxış edən Zinəddin Zidan göz yaşlarına hakim ola bilməyib. “Mən bu layihənin səfiri olmaqdan qürur duyuram. ELA (Avropa Leykodistrofiya Assosiasiyası) kimi digər birlikləri dəstəkləyirəm. Övladını itirmək baş verə biləcək ən pis şeydir. Valideynlərim bu acını yaşayıblar. Bunun çətin olduğunu bilirəm. Siz düzgün insan seçmisiniz və mən sizi bu mühüm təşəbbüsdə tam dəstəkləyəcəm”, - deyə Zidan bildirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm