"Neftçi" geri addım atır: Rusiyadakı yarışa qatılmayacaqlar?
Bizi izləyin

İdman

"Neftçi" geri addım atır: Rusiyadakı yarışa qatılmayacaqlar?

"Neftçi" geri addım atır: Rusiyadakı yarışa qatılmayacaqlar?

“Neftçi”nin Sankt-Peterburqda keçiriləcək "Matç TV" turnirində iştirakı siyasi səbəblərdən sual altındadır.

Publika.az xəbər verir ki, bu haqda klubun Media və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev “Sport Ekspress” nəşrinə açıqlamasında deyib. “Ağ-qaralar”ın rəsmisi bildirib ki, turnirin təşkilatçıları ilə məsləhətləşmə aparacaqlar:

“Biz hələ bilmirik, Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edəcəyikmi. Yaxın vaxtlarda təşkilatçılarla danışacağıq. Bundan sonra klub yekun qərarını açıqlayacaq”.

Piterdəki yarış iyulun 1-dən 15-ə kimi keçirilməlidir. Turnirdə “Neftçi” ilə yanaşı, “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda” mübarizə aparmalı idi.

Qeyd edək ki, bu gündən Rusiyanın bəzi bölgələrində antiterror əməliyyatları rejimi tətbiq olunub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm