İdman
Kubalı memar Messini bu malikanəyə layiq görür - FOTOLAR
Bu yay "İnter Mayami"yə transfer olunan Lionel Messinin karyerasında yeni dönəm başladığını deyə bilərik. PSJ-də keçirdiyi 2 il ərzində böyük uğurlar əldə edə bilməyən və parisli azarkeşlərlə ulduzu barışmayan argentinalı forvarda ABŞ-da əsl əfsanə kimi münasibət göstərilir.
Onun nəinki oyunlarına, hətta atdığı hər addımına böyük önəm verilir. Sərgilədiyi oyun və vurduğu qollarla futbolu sevməyən amerikalılarda bu idman növünə böyük maraq yarada bilib.
Qeyd etdiyimiz kimi, onun okeanın o tayında keçirdiyi hər gün xüsusidir. Təkcə yaşıl meydanlardakı çıxışı deyil, şəxsi həyatı da maraqla, rəğbətlə izlənilir. Leoya sevgi bəsləyən insanlardan biri olan memar Xorxe Luis Velis Kinta maraqlı addım atıb. O, Messinin Mayamidəki gələcək evinin layihəsini hazırlayaraq ictimaiyyətə təqdim edib. Malikanə Atlantik okeanın üzərində təsvir edilib.

Kubalı memar futuristik dizaynları ilə tanınır. Amma görünür bu dəfə bütün istedadının və bacarıqlarının üstündə əsər yaradıb.
Velis Kinta layihə haqqında ətraflı məlumat verməsə də, yəqin ki, layihəni Messiyə hədiyyə edə bilər.
Heybət



-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA















.jpg)


















