İdman
Xankəndi də Premyer Liqada olacaq: şəhəri hansı komanda təmsil edəcək? - VİDEO
Son bir ildə sürətlə genişlənən Azərbaycanın futbol xəritəsinə daha bir şəhərin adı əlavə edilə bilər. Söhbət Xankəndidən gedir.
Məlum olduğu kimi, sözügedən şəhərdə stadion var. Gənclər və İdman Nazirliyinin balansına verilən arenada artıq bərpa işləri başlanıb. Azərbaycan futbol ictimaiyyəti sözügedən kompleksin yeni görünüşünü və orada keçiriləcək futbol matçını səbirsizliklə gözləyir.
Yeni mövsümdən Xankəndinin Azərbaycanın futbol elitasına qayıtması planlaşdırılır. Qədim şəhərimizin Premyer Liqada təmsil olunacağı barədə anons AzTV-də yayımlanan “Həftə sonu” verilişində Xankəndiylə bağlı yayımlanan süjetdə verilib.
Məlum olduğu kimi, qısa müddətdə işğaldan azad edilmiş bölgələri təmsil edən klublar yaranıb. Onların bir qismi II Liqada və Region liqasında mübarizə aparır. Zamanla çempionatlardakı Qarabağ təmsilçilərinin artacağı ehtimal edilir. Futbolun Xankəndiyə qayıdışı da mümkündür.
Publika.az xəbər verir ki, Aut.az bu məsələ ilə bağlı maraqlı informasiyalar əldə edib.
AFFA rəhbərliyi Xankəndinin elitada təmsil olunması üçün mümkün variantları nəzərdən keçirir. Hazırda əsas çempionatda iştirak edən komandalardan hansınınsa qədim şəhərimizə göndərilməsi variantı real deyil. Çünki Premyer Liqa iştirakçılarından beşi bölgə təmsilçisidir. Ona görə də diqqətlər I Liqa klublarına yönəlib.
Bu liqada çıxış edən komandalardan birinin qədim şəhərin təmsilçisi olmaq variantı real görünür. Mümkün variantlar arasında ən realı Müdafiə Nazirliyinin balansında olan MOİK hesab edilə bilər. Müzəffər Azərbaycan ordusunu təmsil edən klubun maddi-texniki bazası elə də yaxşı deyil. Ancaq klubun Xankəndiyə köçürülməsi vəziyyəti dəyişə bilər. AFFA başqa klublar üzərindən variantları da nəzərdən keçirir.
Hazırda qurumda seçkiərəfəsi dövr olduğu üçün bu məsələ ilə bağlı müzakirələr elə də aktiv deyil. Ancaq martda baş tutacaq federasiyanın seçki-hesabat konfransında bu məsələ müzakirə ediləcək. Eyni zamanda, saytımıza verilən məlumatda bildirilir ki, Xankəndi variantının gündəmə gəlməsi ilə yeni mövsümdən Azərbaycan Premyer Liqasında iştirakçı sayının artırılması ehtimalı da artıb.
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş
-
Dünya17 Avqust 17:38Bu ölkəyə məxsus təyyarə Rusiya sərhədi yaxınlığında kəşfiyyat aparır
-
Sosial17 Avqust 16:22Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir






















.jpg)














