“Çelsi” məğlub oldu
Bizi izləyin

İdman

“Çelsi” məğlub oldu

“Çelsi” məğlub oldu

İngiltərə Premyer Liqasında XVIII tura yekun vurulub.

Publika.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Kristal Pelas” azarkeşləri önündə “Brayton”u qəbul edib. Görüş qollu bərabərliklə başa çatıb – 1:1.

Günün ikinci matçında “Aston Villa” “Şeffild Yunayted”lə heç-heçəyə razılaşıb – 1:1.

“Mançester Yunayted” səfərdə “Vest Hem”ə məğlub olub. Turun mərkəzi oyununda – “Liverpul” – “Arsenal” matçında qalib müəyyənləşməyib.

Turun son matçında “Çelsi” səfərdə “Vulverhempton”a məğlub olub – 1:2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm