İdman
Fərid Qayıbov Bilal Ərdoğanla görüşdü - FOTO
Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən VI Dünya Etnosport Forumunda iştirak edir.
Publika.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında baş tutan foruma 75 ölkədən nazirlər, federasiya nümayəndələri, tədqiqatçılar və alimlər qatılıblar.
Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan forumun açılışında çıxış edərək panel iştirakçılarına uğurlar arzulayıb. Daha sonra forum panel iclasları ilə işinə davam edib.
Nazir panel iclaslarında müzakirələrə qatılıb. Paneldə ənənəvi idman növlərinin gələcəyi, etnosportun beynəlxalq əməkdaşlığa verdiyi töhfə, maliyyə resursları, media strategiyaları, ənənəvi idman və oyunlar üzrə mükafatların geniş təbliği və digər mühüm mövzular müzakirə olunur.
F.Qayıbov forum çərçivəsində Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğanla, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanla və bir neçə ölkənin nazirləri ilə ikitərəfli görüşlər keçirib.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi









.jpg)







.jpg)
















