Maraq dünyası
Din xadimi ibadətə gələn qadının əlini dişlədi
ABŞ-da bir keşiş ibadət zamanı qadının əlini dişləyib.
Publika.az xəbər verir ki, bu barədə "NBC News" xəbər yayıb.
Bildirilir ki, hadisə Florida ştatının Sent Cloud şəhərində, Tomas Akvin kilsəsində baş verib. Qadın səhər ibadətinə saat 10-da gəlib. Burada o, keşiş Fidel Rodriges ilə qısa söhbət edib. Keşiş ona müqəddəs mərasimin həyata keçirilməsi üçün bəzi addımların atılmasının vacib olduğunu deyib və fikirləşmək üçün vaxt verib.
İki saatdan sonra qadın günorta duasına qayıdıb və yenidən rahiblə ünsiyyətə girməyə çalışıb. Rodriges razı olub-olmadığını soruşduqda, qadın ona "bu onun işi deyil" deyib.
O, daha sonra Rodrigesi itələyib. Keşiş isə qadının əlini dişləyib. Bundan sonra qadın kilsəni tərk edib.
Daha sonra o, polisə bildirib ki, Rodriges birlik şərtlərinin yerinə yetirilməməsindən əsəbiləşdikdən sonra onun ağzına vafli “soxmağa” çalışıb. Rodriges isə polisə bildirib ki, ilk olaraq qadın ona hücum edib. Qadın etiraf edib ki, "o anda mənə elə gəldi ki, bunun yeganə yolu onun əlini dişləməkdir".
Yeparxiya Rodrigesin "Müqəddəs Birliyi bu küfr əməlindən qorumaq üçün" cavab verdiyini təsdiqləyib. Orlando Yeparxiyasının bəyanatında deyilir: "Orlando Yeparxiyası bu cür fiziki mübahisələri qəbul etməsə də, Ata Rodriges Müqəddəs Kitaba hörmətsizlik aktının qarşısını almaq üçün yaxşı niyyətlə səy göstərib".
Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO


































