Prezidentə məktub yazdı, istefasını tələb etdi
Bizi izləyin

İdman

Prezidentə məktub yazdı, istefasını tələb etdi

"Barselona"nın prezidenti Xuan Laportadan istefaya getyməsi tələb olunub.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Kataloniya klubunun prezidentliyə keçmiş namizədi Viktor Font Laportaya məktub yazıb. O, müraciətində funksioneri vəzifəsindən getməyə çağırıb.

O, buna səbəb kimi klubun keçdiyi çətin dövrü, 2021-ci ildən bəri qeydə alınan zəif nəticələri və yanlış idarəetmə qərarlarını göstərib. Viktor hesab edir ki, Xavinin mümkün qovulması ilə bağlı vəziyyət “Barselona”nın imicinə mənfi təsir göstərir.

“Vəziyyət ondan ibarətdir ki, klub hələ də əməliyyat itkiləri ilə üzləşir və "Barça Studios"un 49%-nin 400 milyon dollara satışını təsdiq edəcək investor tapmaq üçün çox az vaxt qalıb. Məbləğ qeyri-realdır, bazar qiymətindən xeyli yüksəkdir”, - deyə Font məktubda yazır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm