İdman
Atletimiz 3 qızıl medalla Avropa çempionu oldu
15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Publika.az xəbər verir ki, bu gün onlardan daha ikisi - Allahverdi Qaragözov və Aslan Əmiraslanov körpücük üzərinə çıxıblar. Onlar yaşı 15-ə qədər olan atletlər arasında 89 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.
Allahverdi Qaragözov toplam 225 kq (100+125) nəticə ilə 5-ci yeri tutub.
Aslan Əmiraslanov isə böyük uğurla yadda qalıb. Atletimiz birdən qaldırma hərəkətində 114 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalçısı olub.
O, təkanla qaldırma hərəkətində 140 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bütün rəqiblərini üstələyib.
Aslan toplam 254 kq (114+140) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yarışı 3 qızıl medalla bitirib.
-
İdman12:30Corcina Ronaldo ilə toyu və brilliant üzük haqqında danışdı: Ən kiçik hədiyyə budur - FOTOLAR
-
Sosial11:57Gültəkin Sadıqova azadlığa buraxıldı
-
Dünya11:22Rusiyadakı partlayışda general həlak oldu: Ukrayna kəşfiyyatının işidir? - FOTO
-
Sosial11:01Bakıda siqaret satışı məhdudlaşdırıldı - Qiymətlər kəskin yüksəldi
-
Köşə09:26Qurban Qurbanovun deyə bilmədiyi həqiqət
-
Dünya08:49İran gözdən pərdə asır, hücuma keçəcək - İsrail ABŞ-ı məlumatlandırdı
-
Sosial08:102026-cı ilin turizm planları açıqlandı - Bakıdan Nabrana gəmi ilə...
-
Art05:15Şuşadan oğurlanan abidələr belə qaytarılıbmış - Sensasion əməliyyat







.webp)
.webp)








.jpg)








