Dünya
İran gözdən pərdə asır, hücuma keçəcək - İsrail ABŞ-ı məlumatlandırdı
İsrail İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket təlimlərinin hücuma hazırlığı ola biləcəyi barədə ötən həftəsonu ABŞ-a xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Portal bildirir ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperlə telefon danışığı aparıb. O, bu zaman İsrailin SEPAH-ın bir neçə gün əvvəl başladığı raket təlimlərindən narahat olduğunu diqqətə çatdırıb.
Zamir qeyd edib ki, İranın son raket yerdəyişmələri və digər operativ addımları qəfil hücum üçün pərdə ola bilər. O, ABŞ Silahlı Qüvvələrini müdafiə hazırlıqlarını İsrail hərbçiləri ilə əlaqələndirməyə çağırıb. Bazar günü Kuper Tel-Əvivə gələrək burada Zamir və İsrail Müdafiə Qüvvələrinin yüksək rütbəli rəsmiləri ilə görüş də keçirib.
Ancaq ABŞ kəşfiyyatının hazırda İranın hücumunun qaçılmaz olduğu barədə məlumatlara malik olmadığı bildirilir.
-
Magazin222:48Əfsanəvi qrupun gitaristi vəfat etdi
-
Magazin122:00"Gündə bir dəfə qidalanıram, 5 ildən bir xəstələnərəm"
-
İdman21:36Millinin baş məşqçisi gizlicə Belarusa köçdü
-
Səhiyyə20:48Azərbaycanda tanınmış həkim vəfat etdi - Foto
-
Magazin120:24Məşhur aktyorun sevgilisi yataqda pozalar verdi - Foto
-
İnanc20:20Ramazanın 25-ci günü: Dua, imsak və iftar vaxtı
-
Sosial20:00Bakıda ət bahalaşdı - Bəs Sumqayıtda?
-
Sosial19:36Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri alacaqsınız - Video

































