İdman
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOLAR
Bu günlərdə idmanın zirvə yarışı hesab edilən Yay Olimpiya Oyunları keçirilir.
Publika.az xəbər verir ki, məlum səbəblərdən rusiyalı idmançılar Parisdə keçirilən Olimpiadanı buraxmalı olublar. Buna görə də onlar yayın isti günlərini digər ölkələrdəki həmkarlarından fərqli olaraq, istirahətdə keçirirlər.
Onlar arasında Rusiya gimnastika millisinin lideri Lalə Kramarenko da var. Azərbaycanəsilli idmançı ciddi diz zədəsindən sonra yaxşı dincəlmək və güc toplamaq qərarına gəlib.

Əvvəlcə o, atası Dmitri Kramarenkonun qapıçılar üzrə məşqçi kimi çalışdığı ÇSKA-nın futbol matçında iştirak edib. O, qapıçı İqor Akinfeevlə görüşüb. Lalə atasının təcrübəli tələbəsinə gimnastika topunu hədiyyə edib.
Daha sonra Lalə Türkiyəyə istirahətə yollanıb. İdmançı xeyli gəzib və təbiətdən həzz alıb. Lalə çimərlikdə dincəlməyi unutmayıb. Gimnast sosial şəbəkələrdə heyrətamiz rəqslər nümayiş etdirib. Tətildə olsa belə, idman etməyi unutmayıb.
.jpg)

.jpg)

Kramarenko artıq istirahətini başa vurub və Moskvaya qayıdıb. O, növbəti yarışlardan əvvəl Daqomısda təlim-məşq toplanışında olacaq.
Qeyd edək ki, Lalənin atası Dmitri Kramarenko uzun müddət Azərbaycan millisinin "bir nömrə"si olub. Babası Sergey Kramarenko isə "Neftçi"nin əfsanəvi qapıçısı olub.
Heybət










-
İdman10:30Türk dövlətinin bu klubu baş məşqçisini Qurban Qurbanovun yanına göndərdi: Get öyrən - FOTOLAR
-
Dünya10:12İsrail bu FOTONU paylaşıb elan etdi: Növbədə odur, tezliklə öldürəcəyik
-
Yaxın Şərq09:54İran ABŞ-ın bu ölkədəki bazasını vurdu: Yanır
-
Nida Xəbər 09:24Prezidentin tapşırığına əsasən İrana humanitar yardım göndərildi - FOTO/VİDEO
-
Hadisə09:12Müəmmalı qətl: Siyasi şərhləri ilə tanınan məşhur müğənni bıçaqlandı - Foto
-
ABŞ07:55Ölüm, od və qəzəb onlara göndəriləcək - Trampdan 20 dəfə daha güclü zərbə anonsu
-
Ekopublika.az07:15Bazarda bu məhsullar bahalaşdı - Video
-
Dünya06:46Zelenskinin Tramp və İranla bağlı yeni planı üzə çıxdı






































