İdman
Bakıda keçirilməli olan beynəlxalq tədbir təxirə salındı
Ümumdünya Antidopinq Agentliyi (WADA) martın 18-19-da Bakıda keçirilməsi planlaşdırılan WADA-nın Avropa üzrə Regional Simpoziumunu təxirə salıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.
Tədbir Yaxın Şərqdəki vəziyyət səbəbindən təxirə salınıb.
Simpoziumdan əvvəl Bakıda təşkil olunması nəzərdə tutulan WADA-nın İcraiyyə Komitəsinin (ExCo) iclasının isə onlayn formatda keçirilməsinə qərar verilib.
WADA açıqlamasında ev sahibləri - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) göstərdiyi qonaqpərvərlik və dəstəyini yüksək qiymətləndirərək, bu qərarın asanlıqla qəbul edilmədiyini diqqətə çatdırıb. Hava nəqliyyatında mümkün fasilələr və logistika amilləri diqqətlə təhlil edildikdən sonra bu qərarın verilməsi zəruri hesab olunub.
Heybət
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir





























.png)


.jpg)



