İdman
Türk dövlətinin bu klubu baş məşqçisini Qurban Qurbanovun yanına göndərdi: Get öyrən - FOTOLAR
Qazaxıstanın AKAS klubunun baş məşqçisi Dovran Kendcaxunov “Qarabağ”da təcrübə keçir.
Publika.az xəbər verir ki, bu barədə Almatı təmsilçisi məlumat yayıb.
Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov Kendcaxunova bütün iş proseslərinə tam çıxış imkanı yaradıb. Təcrübə çərçivəsində 34 yaşlı qırğızıstanlı mütəxəssis əsas komandanın məşq prosesində, nəzəri məşğələlərdə, oyunların analitik təhlilində, məşqçilər heyətinin işində, futbolçuların fiziki hazırlıq sistemində, həmçinin futbolçuların tibbi müşayiəti və bərpa prosesində iştirak edir. Təcrübə bir ay müddətinə nəzərdə tutulub.

Kendcaxunov "ASnews.kz" saytına açıqlamasında “Qarabağ”da keçdiyi təcrübə barədə ətraflı danışıb:
“Təcrübə uzunmüddətlidir – bir ay davam edəcək. Belə eksklüziv şərtləri klubun prezidenti Davran İbrahimovun sayəsində əldə etdik. “Qarabağ”da bizi çox isti qarşıladılar. Klubun strukturu ilə tanış etdilər, hər otağı göstərdilər və bizə geyim dəsti təqdim etdilər.
Qurban Qurbanovla tanışlıq sakit və rəsmi atmosferdə keçdi. O, lider enerjisinə malik çox ciddi insandır. Məlum oldu ki, o, Almatını və hətta Qazaxıstan Premyer Liqasının klublarını da yaxşı tanıyır. Qurbanov mənə məşqçilər heyətinə, məşq prosesinə və adətən qapalı olan nəzəri məşğələlərə tam çıxış imkanı verdi”.
.jpg)
Onun sözlərinə görə, Azərbaycan çempionunun avrokuboklardakı uğuru uzunmüddətli və sistemli işinin nəticəsidir:
“Qarabağ” həqiqətən də başqa səviyyədir. Hər şeyi daxildən görəndə onların bu qədər uğura necə nail olduqlarını və Çempionlar Liqasının pley-off mərhələsində necə çıxış etdiklərini anlayırsan. Bu, sadəcə bəxt məsələsi deyil”.
Qeyd edək ki, yanvar ayında AKAS klubu fəaliyyətini bir il müddətinə dayandırdığını açıqlayıb. 2025-ci ildə Birinci Liqanın yekunlarına görə Almatı təmsilçisi turnir cədvəlində doqquzuncu yeri tutub. Klubun üzvləri və məşqçi heyəti bir illik təcrübə topladıqdan sonra AKAS-ın fəaliyyəti bərpa ediləcək.
Heybət.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir





























.png)


.jpg)



