İdman
Kəmaləddin Heydərov Qaşim Maqomedovu qəbul etdi - FOTO
Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxışı ilə yadda qalan Qaşim Maqomedovu (58 kq) qəbul edib.
Taekvondo Federasiyasından Publika.az-a verilən məlumata görə, ATF rəhbəri ölkəmizi Fransa paytaxtında uğurla təmsil etdiyi üçün taekvondoçunu təbrik edib və yeni uğurlar arzulayıb.
O, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın digər sahələrində olduğu kimi taekvondonun da geniş populyarlıq qazandığını vurğulayıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğur qazanan idmançılarımızı xüsusi təbrik etməsi onları yüksək nəticələr göstərmələri üçün daha da həvəsləndirir.
K.Heydərov Qaşim Maqomedovun Olimpiadadakı çıxışını yüksək qiymətləndirərək, finaladək inamla irəlilədiyini, həlledici görüşdə zədəli halda belə dayanqdan çəkilmədiyini, əzmkarlıq nümayiş etdirdiyini deyib. Kəmaləddin Heydərov finalda zədə problemi yaşanmayacağı halda taekvondoçunun Olimpiya çempionu olacağına da inam ifadə edib.
Qaşim Maqomedovdan növbəti yarışlarda, xüsusilə 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunlarında uğur gözlədiyini bildirib.
Qaşim Maqomedov və məşqçilər korpusu göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, növbəti yarışlarda da Azərbaycan bayrağını daim ucalarda dalğalandırmaq üçün bütün gücləri ilə çalışacaqlarını diqqətə çatdırıblar.
Qeyd edək ki, Q.Maqomedov Paris-2024-də gümüş medal qazanıb.

-
Region13:10Zəlzələ həyəcanı - Xəzərdəki seysmik aktivlik nədən xəbər verir?
-
Nəqliyyat12:27Sürücülük vəsiqəmiz bəzi ölkələrdə müddətlidir - Hansı ölkələr tanıyır?
-
Hadisə12:03Bu sənaye müəssisəsinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Qarabağ 11:30Qarabağda geniş biznes və investisiya imkanları var - BƏƏ səfiri
-
Nida Xəbər 10:36Braziliya səfiri: "Azərbaycanın gələcəyi etibarlı əllərdədir!"
-
Nəqliyyat08:30Bakıda daha 30 metro stansiyası yaradılacaq - Detallar
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı













.jpg)









.jpg)

.png)

.jpg)






