Ronaldo seçim etdi: Benzema, yoxsa Mbappe? - VİDEO
Bizi izləyin

İdman

Ronaldo seçim etdi: Benzema, yoxsa Mbappe? - VİDEO

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Mançester Yunayted”də sabiq komanda yoldaşı Rio Ferdinandın proqramının qonağı olub.

Publika.az xəbər verir ki, söhbətin bir hissəsi olaraq Ferdinand Ronaldoya iki futbolçudan birini seçməli olduğu oyun oynamağı təklif etdi.

Kriştiano Qari Nevill, Ole Qunnar Solskyaer və Karlos Teveslə mübarizədə Paul Skoulzu seçib. Daha sonra Skoulz Devid Bekhemə məğlub olub. Bekhem daha sonra Anxel Di Mariya ilə rəqabətə tab gətirib. Bundan sonra Ronaldonun seçimi Serxio Ramos, Pepe, Xavyer Hernandez, Marselo, Xabi Alonso və Toni Kroos qarşısında qalib olan Rayan Giqqiz olub.

Ronaldo etiraf edib ki, fərqli mövqelərdə olan iki futbolçunu müqayisə etmək onun üçün çətin olub, lakin sonda Giqqiz qarşısında Kərim Benzemanı seçib.

Kərim növbəti mərhələdə həmyerlisi Kilian Mbappeyə uduzub. Ferdinand daha sonra Ronaldoya Mbappe və Rio arasında seçim etməyi təklif edib. Ronaldo Ferdinand üzərində dayanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm