"Kəpəz" Superliqada oynamış futbolçunu transfer etdi
Bizi izləyin

İdman

"Kəpəz" Superliqada oynamış futbolçunu transfer etdi

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

Klubdan Publika.az-a verilən məlumata görə, Gəncə təmsilçisi malili yarımmüdafiəçi Mahamadu Banın keçidini rəsmiləşdirib.

25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" kimi komandalarda oynayıb. Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm