Mbappeni təcavüz işi üzrə görün nə qədər həbs cəzası gözləyir
Bizi izləyin

İdman

Mbappeni təcavüz işi üzrə görün nə qədər həbs cəzası gözləyir

"Real"ın hücumçusu Kilian Mbappeni İsveç qanunlarına görə 6 ilə qədər həbs cəzası gözləyir.

Publika.az xəbər verir ki, bu barədə "Cerfia" məlumat yayıb.

Bildirilir ki, onun təcavüzdə günahı sübuta yetirilərsə, belə bir ehtimal yaranacaq. Aydın olur ki, futbolçunun adı həqiqətən də istintaqda şübhəli şəxs qismində hallanır.

İsveç hüquq-mühafizə orqanları Mbappenin adının çəkildiyi iddia edilən təcavüz işi ilə bağlı araşdırmalara başlayıb. Lakin hazırda Mbappenin şübhəlilər arasında olması ilə bağlı rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, Kilian bu yay Madrid klubuna keçib. O, bu günə kimi bütün yarışlarda 11 matçda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Fransız futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm