Bekhem “Mayami-Biç”dəki bu malikanə üçün rekord məbləğ ödədi - FOTOLAR
Bizi izləyin

İdman

Bekhem “Mayami-Biç”dəki bu malikanə üçün rekord məbləğ ödədi - FOTOLAR

Devid və Viktoriya Bekhem “Mayami-Biç” sahilində malikanə alıblar.

Publika.az xəbər verir ki, bunun üçün rekord məbləğdə vəsait, 72,3 milyon dollar ödəyiblər. Bu barədə "TheRealDeal" məlumat yayıb.

Satınalma bazar ertəsi başa çatıb. Ulduz ailə 80 milyon dollar olan ilkin məbləği azalda bilib. Bununla belə, bu, zəngin və məşhurların iqamətgahlarının yerləşdiyi eksklüziv Nort Bey Rod bölgəsindəki bir əmlak üçün bu günə qədər ödənilən ən yüksək qiymətdir.

Bekhemlərin yeni evi 24,281 kvadrat metr ekvivalent olan 0,6 akr ərazidə tikilib. 9 yataq otağı, 4 qonaq otağı, idman zalı, spa, ev kinoteatrı, üzgüçülük hovuzu, açıq mətbəx və qonaq otağı var.

Satıcı 2018-ci ildə mülkü 10 milyon dollara alan, lakin yeni dəbdəbəli malikanə tikməklə qiymətini 10 dəfə artıran iş adamı Niklas de la Mottedir.

“İnter Mayami”nin ortaq sahibləri Viktoriya və Devid Bekhemlər də Mayami şəhərinin mərkəzindəki “Minlik Muzey” qülləsinin tam bir mərtəbəsinə sahibdirlər. 2020-ci ildə onlar 10,000 kvadrat metrlik sahə üçün təxminən 19,8 milyon dollar ödəyiblər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm