İdman
La Liqanın planı pozuldu: Bu oyun Mayamidə olmayacaq
La Liqa "Barselona" - "Atletiko" matçının Mayamidə (ABŞ) keçirilməsi ideyasından imtina edib.
Publika.az xəbər verir ki, bu barədə "Diario Sport"məlumat yayıb.
İspaniya çempionatının 18-ci turunun matçının dekabrın 22-də Mayamidə keçirilməsi planlaşdırılırdı. Ancaq görüş əvvəldən təyin olunduğu kimi Barselonada baş tutacaq.
Liqanın prezidenti Xavyer Tebas hesab edir ki, indiki şəraitdə Valensiya faciəsi fonunda İspaniya çempionatının oyunlarını ABŞ-da keçirmək düzgün deyil.
Planların ləğv edilməsinin digər səbəbi isə hazırda daimi prezidenti olmayan İspaniya Kral Futbol Federasiyasındakı vəziyyətdir. Məhz bu təşkilat oyunun ölkədən kənarda keçirilməsinə razılıq verməlidir. Lakin qurum müvəqqəti olaraq idarə heyəti tərəfindən idarə olunur.
Bununla belə Tebas oyunun 2025-ci ildə ABŞ-da keçiriləcəyini istisna etmir.
Heybət
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu














.png)
.jpg)



















