İdman
“Oyunun qələbəmizlə bitəcəyinə ümid edirik” – “Lion”un baş məşqçisi
“Lion” sabah UEFA Avropa Liqasının liqa mərhələsinin 5-ci turunda “Qarabağ”la qaşılaşacaq.
Publika.az xəbər verir ki, Fransa klubunun baş məşqçisi Pyer Sajın oyundan bir gün öncə mətbuat konfransı keçirilib. Fransalı çalışdırıcı oyunda iddialı şəkildə performans nümayiş etdirmək üçün gəldiklərini bildirib:
“Oyunda iddialı şəkildə performans nümayiş etdirmək üçün gəlmişik. Burada xüsusi bir ssenari yoxdur. Oyunun qələbəmizlə bitəcəyinə ümid edirik. Adəti üzrə hərəkət edəcəyik. Kiçik dəyişikliklər istisna olmaqla, eyni qaydada meydana çıxacağıq. Çox az rotasiyalar olacaq.
Yassin Benzia çox yaxşı formadadır. Burada təkcə Fransadan olan oyunçular deyil, digər futbolçular üzərində də oyunumuzu qurmağa çalışacağıq.
“Qarabağ”ı dəyərləndirərkən görürük ki, çox dinamik və fiziki baxımdan güclü kollektivdir. “Ayaks”la oyunda “qırmızı” istisna olmaqla, çox yaxşı çıxış etmişdilər. Meydana qələbə qazanmaq üçün çıxacağıq. “Qarabağ”ı təhlil edərkən daha çox avrokuboklardakı oyunlarını izləmişik.
Daha çox sabit oyunun göstərilməsi üzərində fokuslanırıq. Matçın ilk dəqiqələrindən sona kimi sabit oyun nümayiş etdirməyə çalışırıq.
Rəqibin bizə təklif edəcəyi oyun modelini nəzərə alacağıq. Və həmçinin, digər kriteriyalara da üstünlük verəcəyik”.
Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də start götürəcək.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə görün nə pıçıldayır...
-
Magazin122 Yanvar 23:48Vaqif Gərayzadə Röya Ayxanın evində… - FOTO
-
İdman22 Yanvar 22:48Ronaldonun qızı “Titanik”in mahnısını oxudu - VİDEO
-
Avropa22 Yanvar 22:36Hitlerin gündəliyi elə qiymətə satıldı ki...
-
Magazin222 Yanvar 22:00Cennifer Lopez evsiz kişiyə görün nə verdi - FOTO/VİDEO
-
Sosial22 Yanvar 21:36Zivər Zeynalovaya yeni vəzifə verildi
-
Avropa22 Yanvar 21:24Zelenski təsdiqlədi: Bu ölkədə üçtərəfli görüş keçiriləcək
-
İdman22 Yanvar 21:00"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında - FOTO






















.jpg)











