İdman
"Ciddi hazırlaşacağıq” - Qurban Qurbanov “Elfsborq”la oyun barədə
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Qarabağ” oyunundan (0:2) sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun brifinqi keçirilib.
Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:
“Qalib gəlmək vacib idi. Bunu reallaşdırdığımız üçün sevinirik. Bu, heç də asan olmadı. Qarşımızda çox yaxşı müdafiə olunan və təhlükəli əks-hücumlara keçən kollektiv var idi. Növbəti mərhələyə vəsiqə qazandığımız üçün futbolçularımızı təbrik edirəm. Belə bir havada uzaq məsafə qət edib bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm”.
Baş məşqçi Misli Premyer Liqasının XVI turu çərçivəsində dekabrın 7-də “Sabah”la keçiriləcək oyun barədə də danışıb: “Biz daha çox öz oyunumuz, futbolçuları qarşıdakı matça yaxşı hazırlaşdırmaq barədə düşünürük. “Sabah” həmişə istəkli komanda olub. Onlarla oyunlarımız maraqlı keçib”.
Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçin “Elfsborq” klubu ilə dekabrın 12-də baş tutacaq səfər matçına da qələbə qazanmaq üçün yollanacaqlarını söyləyib: “Elfsborq”la oyun bizim üçün vacib olacaq. İstənilən turnirdə lazımi nəticəni əldə etməyə çalışırıq. Bunun üçün hər görüşdə qalib gəlmək çox önəmlidir. “Elfsborq”la oyunda da meydandan qalib ayrılmaq istəyirik. Hər qələbə bizə əlavə avrokubok təcrübəsi qazandırır. Həmin qarşılaşmaya ciddi hazırlaşacağıq”.
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
ABŞ05:45"SpaceX" mümkünsüzü bacardı - "Starship" xüsusi platforma vasitəsi ilə tutuldu
-
Region04:14Türkiyədə ailələr arasında silahlı toqquşma - Çox sayda yaralı var
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi





















.png)














