İdman
Ürəyi dayanan futbolçu bu gün əməliyyata girir: Aqibəti necə olacaq?
Ötən həftəsonu A Seriyasının “İnter”lə oyununda ürəyi dayanan “Fiorentina”nın yarımmüdafiəçisi Edoardo Bova çıxarıla bilən daxili defibrilasiya cihazı ilə təchiz ediləcək.
Publika.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, futbolçu bu gün Florensiyanın “Careggi” xəstəxanasında cərrahiyyə əməliyyatı keçirəcək və cihazı orada quraşdırılacaq.
Defibrilyatorun quraşdırılması protokolun zəruri hissəsidir. Bova yalnız bundan sonta xəstəxanadan buraxıla bilər. Verilən məlumatlara görə, 12-14 dekabr aralığında onun həkimlərin rəyi əsasında evə buraxılacağı gözlənilir.
Cihaz çıxarıla bilən olduğundan, 22 yaşlı futbolçu defibrillyatoru daimi saxlamaq istəyib-istəməməsinə özü qərar verə biləcək.
İtaliya A seriyasının əsasnaməsinə əsasən, ürəyində defibrilyator olan futbolçu oyunlarda iştirak edə bilməz. Bu o deməkdir ki, Edoardo yalnız cihaz çıxarıldığı halda meydanlara qayıda bilər.
Qeyd edək ki, hadisə dekabrın 1-də "Fiorentina" - "İnter" matçının 17-ci dəqiqəsində baş verib. Bova ürəktutması keçirib və meydana yıxılıb. O, dərhal xəstəxanaya aparılıb. Həkimlər hadisə vaxtı onun ürəyinin dayandığını bildiriblər.
Heybət
-
Sosial20:12Xaçmaz sakini fəryad edir: "Bir gecədə hər şey məhv oldu" - VİDEO
-
Sosial19:24"Nəqliyyat Təlim Mərkəzi"nə yeni direktor TƏYİN EDİLDİ
-
Magazin119:12“Həmin gün kasıbçılıqdan çıxdıq”
-
Hadisə18:36Göygöldə torpaq uçqunu: Əsas yolda çətinliklər yarandı - Video
-
Nida Xəbər 17:03Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür
-
Region17:02Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var
-
İdman16:45Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO
-
Ekologiya16:28Yayda Gədəbəyə dolu düşdü - VİDEO


































