İdman
Əfsanəsiz 27-ci il: Bakıdan Braziliyaya qədər uzanan xatirələr - FOTOLAR
Bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin ölüm günüdür. O, 27 ildir ki, aramızda yoxdur. Banişevskisiz illər bir-birini əvəzləsə də, milyonların sevimlisi unudulmur.
Yaşasaydı, 78 yaşı olacaqdı. Yanımızda olmasa belə azarkeşləri onu qəlblərdə, xatirələrdə, hekayələrdə yaşadırlar. Anatolinin oyununu, çox sevdiyi Bakının xəzri küləyinə də bənzətmək olardı. Soyuq, amma güclü. Xarakteri isə əsl gilavar idi. Onu Bakının küləkləri ilə müqayisə etməyimin səbəbi "küləklər şəhəri"nə həddindən çox bağlı olması ilə əlaqədardır. Banişevski doğulduğu şəhərə, sahib olduğu dəyərlərə önəm verən insan idi.
"Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi"ni seçərdim", - deyirdi əfsanə... Bəli, onun ömrünün sonuna qədər sadiq qaldığı, heç vaxt xəyanət etmədiyi "Neftçi" də vardı. O, ağ-qara forma ilə vurduğu qolları ağ-qara lentlərin yaddaşına həkk edib.
Banişevskinin adı nəinki Azərbaycanda, soyuq Moskvada, hətta isti Braziliyada da dillər əzbəridir. Futbolun məbədi hesab edilən "Marakana" stadionunda, 132 min tamaşaçı önündə "sambaçılar"a vurduğu qol bu gün də unudulmur.
Fanatlar onu "Qızılbaş" deyə xatırlayır. Həmin dövrdə "Banişevskinin başı, Pelenin ayağı" qızıldandır deyirdilər. Son zamanlar "Marakana"ya səfər edən azərbaycanlıların qürurlanmaması isə mümkün deyil. Bir vaxtlar Anatolinin geyindiyi və qol vurduğu qırmızı forma bu arenanın muzeyində sərgilənir.
Anatoli təkcə Braziliya, keçmiş SSRİ-də deyil, dünya futbolunda da özünəməxsus iz qoyub. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında adından söz etdirən "9 nömrə" komandası ilə bürünc medal qazanıb. 6 il sonra onun çıxış etdiyi SSRİ yığması yalnız finalda Almaniyaya məğlub olaraq Avropa çempionatını gümüş medalla başa vurub.
Banişevski Bundestimlə görüşdən sonra heç də xoş olmayan hadisələrlə üzləşib. Bütün mükafatları, titulları əlindən alınıb. Nəticədə baş verənlər bir ulduzun vaxtından tez sönməsinə səbəb olub. Vurduğu qollarla azarkeşlərin könlünü fəth edən Anatoli aramızdan çox tez - 51 yaşında ayrılsa da, nə sevdiyi Bakı, nə sevindirdiyi insanlar, nə də formasını geyindiyi "Neftçi" onu heç vaxt unutmadı. "Qızılbaş"ın qızıl hərflərlə yazdığı tarix yaddaşlardan heç vaxt silinməyəcək.
Heybət Məmmədov
-
İdman06:16
Bekhemin gizli sevgilisi yenə üzə çıxdı: bütün sirrləri açdı - FOTO
-
Yaxın Şərq01:35
Qəzzada atəşkəs razılaşması bu tarixdə qüvvəyə minəcək
-
Qoroskop00:55
Günün qoroskopu: bu qərarlar sizə qazanc gətirə bilər
-
Yaxın Şərq00:15
Atəşkəs razılaşması Qəzzada böyük coşqu ilə qarşılandı - VİDEO
-
Nida Xəbər 15 Yanvar 22:56
Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı
-
İdman15 Yanvar 22:20
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşdi
-
MDB15 Yanvar 20:45
Moskvadan uçan təyyarədə bomba həyəcanı
-
Magazin115 Yanvar 19:45
Çimnaz Sultanova vəfat etdi