“Fənərbağça” istəyirdi, “Atletiko” aldı
Bizi izləyin

İdman

“Fənərbağça” istəyirdi, “Atletiko” aldı

“Atletiko” klubu qış transfer pəncərəsində “Atalanta”nın hücumçusu Ademola Lukmanın transferi ilə bağlı yekun razılığa gəlib.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İspaniya təmsilçisi nigeriyalı futbolçunun keçidi üçün 35 milyon avro sabit məbləğ və əlavə bonuslar şəklində 5 milyon avro ödəyəcək.

“Atletiko” artıq 28 yaşlı futbolçu üçün tibbi müayinələrin planlaşdırılmasına başlayıb. Lukman baş məşqçi Dieqo Simeone ilə birbaşa danışıqlardan sonra bu keçidə razılıq verib.

Ademola Lukman 2024/25 mövsümünü çox məhsuldar keçirib. O, bütün turnirlərdə 20 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb və Avropanın ən yaxşı hücumçularından biri kimi özünü təsdiqləyib.

Qeyd edək ki, Lukmanın transferində “Fənərbağça” da maraqlı idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm