İdman
Azərbaycanda ilin ən yaxşı baş məşqçisi bəlli oldu: Yenə də...
Azərbaycanda 2024-cü ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.
Publika.az xəbər verir ki, "Komanda.az" saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.
Qurbanov 64 jurnalistin qatıldığı sorğuda 47 səs toplamaqla, 2024-cü ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 14-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb!
Sorğuda iştirak edənlərdən 8-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 7-si “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 2-si “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyevə səs verib. “Sumqayıt”ın keçmiş, “Neftçi”nin hazırkı çalışdırıcısı Samir Abasova səs verən olmayıb. Bu mütəxəssislər də ilin məşqçisi adına namizədlər siyahısında yer almışdı.
“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib. Bundan başqa, Ağdam təmsilçisi ölkə kubokuna da sahib çıxıb. Qurbanovun komandası növbəti dəfə Avropa Liqasında Liqa mərhələsinə (əvvəlki qrup mərhələsi) vəsiqə qazanıb.
İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi dekabrın 14-də keçiriləcək.
Heybət
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu














.png)
.jpg)



















