İdman
“300 milyon versələr, Peres onu aeroporta özü aparacaq”
“Real Madrid”in keçmiş skautu Manolo Romero hesab edir ki, 300 milyon avro təklif olunarsa, hücumçu Vinisius Junior satılacaq.
Publika.az xəbər verir ki, Romeronun sözlərini “Sport.es” sitat gətirib.
“Onun Səudiyyə Ərəbistanına gedəcəyinə əmin idim. 300 milyon avrodan çox təklif etsələr, Florentino Peresin onu satacağına, hətta maşını ilə hava limanına da aparacağına əminəm. 300 milyon avro çox puldur. Düşünürəm ki, Mbappe Florentinonun sevimlisinə çevriləcək”, – Romero bildirib.
Daha əvvəl Səudiyyə klublarının braziliyalıya ciddi maraq göstərdiyi bildirilirdi.
Ümumilikdə Vinisius bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 13 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO














.jpg)

















.jpg)
.jpg)