"Bunu açıq şəkildə söyləməsi dəlilikdir" - Runidən Reşforda təəccüblü məsləhət
Bizi izləyin

İdman

"Bunu açıq şəkildə söyləməsi dəlilikdir" - Runidən Reşforda təəccüblü məsləhət

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Ueyn Runi Ruben Amorimin gəlişindən sonra “qırmızı şeytanlar”ın heyətindən kənarda qalan Markus Raşforda təəccüblü məsləhətlər verib.

Publika.az xəbər verir ki, o, Reşfordun klubdan getməli olduğunu bildirib.

“Mən Reşfordla bir neçə dəfə danışmışam və klubdan getməli olduğu barədə fikirlərimi və hisslərimi onunla bölüşmüşəm. Çünki həyatında və “Mançester Yunayted”də nə olursa olsun, o, artıq əvvəlki kimi deyil.

O, klubu tərk edərək yeni fəaliyyətə başlamalıdır. Məşqçinin sizə səhv məşq keçdiyini açıq şəkildə söyləməsi dəlilikdir”,- Runi deyib.

Markus Reşford bu mövsüm 24 oyun keçirib. 7 qol vurub, 3 məhsuldar ötürmə edib. “Transfermarkt” 27 yaşlı vingerin transfer dəyərini 55 milyon avro qiymətləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm