Devid Bekhemdən anons: Messinin yanına hansı ulduzlar gələcək?
Bizi izləyin

İdman

Devid Bekhemdən anons: Messinin yanına hansı ulduzlar gələcək?

Devid Bekhemdən anons: Messinin yanına hansı ulduzlar gələcək?

"İnter Mayami"nin sahibi Devid Bekhem maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, gələcəkdə komandaya başqa ulduz futbolçuların da qoşula biləcəyinə işarə edib:

“Bilirsiniz, mənim arzum həmişə "İnter Mayami"yə ən yaxşı oyunçuları gətirmək olub. Söhbət təkcə tarixin ən yaxşı futbolçusundan getmir. Komandamıza dörd super ulduz cəlb etdik.

Vizyonumuz həmişə dünyanın ən yaxşı klublarından birini yaratmaq olub. Düşünürəm ki, bu, idman və xüsusən də liqa üçün yaxşıdır. MLS rəqabətli çempionatdır. Qalib gəlmək asan deyil, amma "İnter Mayami" menecerləri olaraq qazanmaq istəyirik, hamısı budur.

Bəli, indi bizim böyük oyunçularımız var - Lionel Messi, Serxio Buskets, Xordi Alba və Luis Suares. Ancaq biz həmişə irəliyə baxmalı, düşünməliyik. Yaxşı, bundan sonra nə edəcəyik? Kimi dəvət edək? Məncə, liqamızın ulduz oyunçulara ehtiyacı var".

Qeyd edək ki, keçən mövsüm “İnter Mayami” MLS-in müntəzəm çempionluğunu qazansa da, pley-off mərhələsinin ilk mərhələsində “Atlanta Yunayted”ə uduzub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm