İran Trampın iddiasını təkzib etdi: Belə öhdəlik götürməmişik
Bizi izləyin

Dünya

İran Trampın iddiasını təkzib etdi: Belə öhdəlik götürməmişik

İran Trampın iddiasını təkzib etdi: Belə öhdəlik götürməmişik

ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərində müddətsiz beynəlxalq yoxlamalara razılıq verdiyini açıqlayıb. Lakin Tehran bu iddianı təkzib edərək danışıqlarda belə bir öhdəlik götürmədiklərini bildirib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, tərəflər həmçinin İranın dondurulmuş aktivləri, Hörmüz boğazına nəzarət və İsrailin Livandakı hərbi əməliyyatları ilə bağlı da fərqli mövqe nümayiş etdiriblər. Bu məsələlər ötən həftə müharibəyə son qoymaq məqsədilə imzalanan çərçivə sazişinin əsas bəndləri hesab olunur.

Buna baxmayaraq, Donald Tramp İranla danışıqların müsbət atmosferdə davam etdiyini açıqlayıb. "Biz kifayət qədər yaxşı anlaşırıq," - deyə o, Pensilvaniyada keçirilən mitinqdə qeyd edib.

İlkin razılaşmadan sonra qlobal enerji daşımalarının mühüm hissəsinin həyata keçirildiyi Hörmüz boğazında gəmi hərəkəti yenidən bərpa olunub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm