İdman
AFFA "Turan Tovuz"u hədələdi: “Fakt varsa, təqdim edilsin, əks halda…”
AFFA “Turan Tovuz” klubunun “Şamaxı” ilə matçdan əvvəlki bəyanatatına reaksiya bildirib.
Publika.az xəbər verir ki, bölgə təmsilçisi əlverişsiz hava şəraitinə görə VAR sisteminin və canlı yayımın olmayacağını oyunun şəffaf keçirilməsinə şübhə yaratması ilə əlaqələndirib.
AFFA “Turan Tovuz”un bəyanatına cavab olaraq belə açıqlama yayıb:
“Ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar oyunların keçiriləcəyi stadionlarda müəyyən çətinliklər yaranıb. Azərbaycan Premyer Liqasının 24-cü turunun “Şamaxı” – “Turan Tovuz” oyununun keçirildiyi Şamaxı şəhərində güclü qar yağmasına baxmayaraq, stadion qardan təmizlənib və oyuna hazır vəziyyətə gətirilib.
Azərbaycan Premyer Liqasının Əsasnaməsində oyun canlı yayımlanmasa və ya VAR sistemi tətbiq olumasa, matçın keçirilməməsi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, meydançanın durumu imkan verdiyi halda, komandalar, hakimlər, hakim-inspektor, AFFA nümayəndəsi, təcili-tibbi yardım maşını stadionda olduğu təqdirdə, həmçinin təhlükəsizliklə bağlı hər hansı problem olmasa, oyun baş tutmalıdır.
“Turan Tovuz” PFK-nın “Şamaxı” ilə oyundan əvvəlki bəyanatı AFFA-nı məyus edir. Artıq birinci dəfə deyil ki, “Turan Tovuz” PFK hakimlərlə bağlı xoşagəlməz fikirlər səsləndirir. Əgər “Turan Tovuz” PFK-nın bununla bağlı hər hansı faktları və sübutları varsa, klubdan xahiş olunur ki, ən qısa müddətdə AFFA-ya təqdim olunsun. Əks halda məsələyə AFFA İntizam Komitəsi tərəfindən baxılacaqdır və müvafiq tədbirlər görüləcəkdir”.
Qeyd edək ki, artıq başa çatan görüş “Turan Tovuz”un qələbəsiylə başa çatıb – 1:0.
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Rəsmi xronika14:43İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - VİDEO
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
-
Dünya12:26Fransa və Türkiyə imza atdı - Yunanıstan təşvişə düşdü














.jpg)

.jpg)

.jpg)
.jpg)
















.jpg)


