Komanda yoldaşını təhqir etdi, 3 oyunluq cəza aldı
Bizi izləyin

İdman

Komanda yoldaşını təhqir etdi, 3 oyunluq cəza aldı

Komanda yoldaşını təhqir etdi, 3 oyunluq cəza aldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-16 Liqasının “Arpaçay” (Şərur) – “Araz Naxçıvan” PFK oyununda “Arpaçay”ın futbolçusu Əli İsmayılov qarşılaşmanın 85-ci dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-12 Liqasının “Kəpəz” PFK – “Çinar” oyununda “Çinar”ın məşqçisi Teymur Nəbiyev qarşılaşmanın 55-ci dəqiqəsində hakimə şiddətli etiraza görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. “Çinar”ın digər məşqçisi Elçin Quziryani də hakimə şiddətli etiraza görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm