İdman
UEFA "Çelsi"ni seçim qarşısında qoyacaq: ÇL, yoxsa AL?
"Çelsi" müəyyən şərtlər daxilində növbəti mövsüm üçün hansı avrokubok turnirində iştirak edəcəyini özü seçə bilər.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Qitənin ali futbol qurumu London klubuna belə bir seçim hüququnu yalnız iki hal baş verdikdə verəcək. "Çelsi" Premyer Liqada Çempionlar Liqası zonasını ("ilk beşlik") tutmalı və eyni zamanda Konfrans Liqasının finalında "Betis"i məğlub etməlidir.
Qeyd edək ki, Konfrans Liqasının qalibi avtomatik olaraq növbəti mövsüm Avropa Liqasına vəsiqə qazanır. Bu iki şərt yerinə yetirilsə, "Çelsi" 2025/26 mövsümündə Çempionlar Liqası (ÇL) ilə Avropa Liqası (AL) arasında seçim edə biləcək.
Bildirilir ki, bu qayda əsasən aşağı reytinqli liqalardan olan və həm Konfrans Liqasını qazanan, həm də yerli çempionatda birinci olan komandalar üçün tətbiq edilib. Belə klublar Çempionlar Liqasına seçmə mərhələdən qatılmaqda çətinlik çəkəcəklərini düşünürlərsə, Konfrans Liqasının qalibi kimi birbaşa Avropa Liqasına getməyi seçə bilirlər.
Qeyd edək ki, Premyer Liqada sona iki tur qalmış "Çelsi" 5-ci pillədə qərarlaşıb və əlavə göstəricilərə görə "Aston Villa"nı qabaqlayır. Çempionlar Liqasına vəsiqə qazanmaq üçün "Çelsi"nin mövsümü "ilk beşlik"də başa vurması vacibdir.
Heybət
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik


































