İdman
Dünya və Avropa çempionu gedir: Artıq vaxtım çatıb
“Komo”nun qapıçısı, dünya və Avropa çempionu Pepe Reyna mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bunu “Movistar”a açıqlamasında deyib:
“Gözəl bir karyera sona çatmaq üzrədir. Yaşadıqlarımı xatırlayanda inanılmaz sevinc hiss edirəm. Tanrıya təşəkkür edirəm, çünki bu qədər uzun karyeram olacağını gözləmirdim. Düşünürəm ki, artıq vaxtım çatıb. Hiss edirəm ki, karyeramı məhz burada başa vurmaq istəyirəm”.
İspaniya millisinin heyətində böyük turnirlərdə qalib gələn Reyna klub səviyyəsində də bir sıra uğurlar qazanıb. “Liverpul”la 4, “Vilyarreal”la 2, “Bayern” və “Napoli”nin hərəsində 1 titul əldə edib. O, həmçinin “Barselona”, “Milan”, “Aston Villa” və “Latsio”da da çıxış edib.
Heybət
-
Nida Xəbər 19:20Azərbaycanda bu vəzifələr LƏĞV EDİLDİ
-
İdman19:00Makqreqor indi də ona “ilişdi”: 10 saniyəyə məğlub edərəm
-
Nida Xəbər 18:10Rusiyadan təyyarəmizi vurduran şəxslə bağlı ŞOK QƏRAR
-
Yaxın Şərq16:59İsrail ordusu hərəkətə keçdi: Hədəf oradır
-
Rəsmi xronika15:51İlham Əliyev sərəncam imzaladı
-
Maraq dünyası15:10Həyatında kəskin dönüş olacaq BÜRCLƏR
-
İdman14:10Bu gözəl həm modellik edir, həm də tennis oynayır: Karyerasını özü maliyyələşdirir - FOTOLAR
-
Dünya13:00ABŞ və Ukrayna hər şeyi razılaşdırdı: Putindən cavab gözləyirlər




































