İdman
Hakim vacib oyundan əvvəl cəzalandırıldı: Ayaqqabısına görə
Nigeriya Afrika Millətlər Kubokunun Əlcəzair ilə oyun öncəsi qayda pozuntusu ilə bağlı CAF-ı məlumatlandırıb.
Publika.az xəbər verir ki, bu pozuntu nəticəsində hakim Omar Artan sözügedən qarşılaşmanın idarə olunmasından kənarlaşdırılıb.
Əlcəzairli jurnalist Din Ammının verdiyi məlumata əsasən, “super qartallar” oyundan öncə somalili referinin geyindiyi ayaqqabı ilə bağlı problem aşkarlayıb.
Yoxlama zamanı müəyyən olunub ki, Artan CAF-ın "Puma" ilə olan sponsorluq müqaviləsinə zidd olaraq, təsdiqlənməmiş brendə məxsus futbol butslarından istifadə edib. Qurumun qaydalarına görə, turnirdə çalışan hakimlər rəsmi sponsorlar tərəfindən təqdim olunan və ya onlarla uyğunlaşdırılmış avadanlıqdan istifadə etməlidir.
Məsələ ilə bağlı məlumatdan sonra CAF dərhal müdaxilə edərək, Omar Artanın oyundan kənarlaşdırılması qərarını verib. Nəticədə yanvarın 10-də keçiriləcək Əlcəzair – Nigeriya qarşılaşmasını başqa hakim idarə edəcək.
Heybət
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)







.jpg)


















