İdman
Bu gözəl həm modellik edir, həm də tennis oynayır: Karyerasını özü maliyyələşdirir - FOTOLAR
WTA reytinqinin ikinci yüzlüyündə kifayət qədər maraqlı simalar var. Məsələn, 33 qələbə və 22 məğlubiyyət balansı ilə 180-ci pillədə yer alan Karson Branstin.
O, 2000-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerləşən İrvayn şəhərində anadan olub. Onun hazırda 25 yaşı var. Branstin kanadalıdır, lakin 2017-ci ilə qədər kortda ABŞ-ı təmsil edib.

Karson yeniyetmələr arasında sabiq dünya dördüncüsüdür. 2017-ci ildə Byanka Andreyesku ilə cütlüklərdə iki yeniyetmələr arasında Böyük Dəbilqə turnirinin qalibi olub - Avstraliya Açıq Çempionatı və Roland Qarros.
Branstin 2017-ci ildə WTA turnirlərində debüt etsə də, reytinqdə heç vaxt 172-ci pillədən yuxarı qalxmayıb. Bu göstəriciyə 2025-ci ilin oktyabr ayının əvvəlində nail olub. 2025-ci ildə Karson Böyük Dəbilqə turnirində - Uimbldonda dünya birincisi Arina Sobolenko ilə görüşdə debüt edib.

“Bilirəm ki, o, çox gözəldir. Hələlik başqa heç nə bilmirəm”, – deyə Sobolenko rəqibi ilə bağlı suala belə cavab vermişdi. Belaruslu tennisçi ilk seti asanlıqla 6-1 hesabı ilə qazansa da, ikinci setdə Branstin ciddi müqavimət göstərdi və 5-7 hesabı ilə məğlub oldu.
“Tez-tez əsəbiləşirəm, amma bundan sonra çox yaxşı oynayıram. Emosiyalarımı boşaldıram, əsəbiləşirəm, sonra isə məsələn, eys vururam. Mənə elə gəlir ki, bu, Endi Marrey üslubuna yaxındır. Elə bir matç olmayıb ki, deyim, məni tam üstələyiblər. Həmişə elə hissim olub ki, daha yaxşı nəsə edə bilərdim”, – Karson bildirib.

O, özünü peşəkar idmançı hesab etmir. Səbəbi isə odur ki, modeldir və bu, onun əsas fəaliyyət sahəsidir. Onun iki agentliklə müqaviləsi var və tennis karyerasını özü maliyyələşdirir:
“Mən modanı sevirəm və bu, səfərlərin xərclərini ödəməyə imkan verir. Valideynlərimdən pul istəmək istəmirdim, hər şeyi özüm ödəmək istəyirdim. Agentliklər məni tennisə görə yox, xarici görünüşümə görə seçiblər. Amma model işi ilə tennis təəccüblü dərəcədə oxşardır. Səni tez-tez insan kimi yox, obyekt kimi qəbul edirlər”.

Bununla yanaşı, Branstinin “Cəmiyyət, etika və hüquq” sahəsində ali təhsili var. O, həmçinin hüquqşünas lisenziyası almağı arzulayır. Hətta zədələrdən bərpa olunduğu dövrdə təxminən bir il vəkil köməkçisi kimi çalışıb.
WTA-nın rəsmi saytında qeyd olunur ki, Karson karyerası ərzində mükafat pulları olaraq 293 202 dollar qazanıb. Görünür, model karyerası ona bunun dəfələrlə artıq gəlir gətirir.







-
Qoroskop01:40Günün ulduz falı: Enerjinizi bu işlərə yönəldin!
-
Dünya01:20ABŞ əməliyyatdan öncə Maduroya görün nə təklif edib
-
Region00:15Əraqçi ailəsi ilə birgə İrandan qaçdı - Hansı ölkəyə?
-
Nəqliyyat9 Yanvar 22:56Bakıda bu taksi şirkəti fəaliyyətini dayandırır
-
Cənubi Qafqaz9 Yanvar 22:42Tbilisidə məşhur ticarət mərkəzi YANDI - YENİLƏNDİ
-
Region9 Yanvar 22:14Rza Pəhləvi Trampdan kömək istədi: İrana müdaxilə etməyə hazır olun!
-
Maraq dünyası9 Yanvar 22:0040 ildir izlənirdi: Dünyanın ən böyük aysberqi bir neçə günə parça-parça olacaq
-
MDB9 Yanvar 20:48Rusiya Qara dənizdə 2 gəmiyə zərbə endirdi: Ölü və yaralılar var - FOTO




































